2024-cü ildə ABŞ-nin dövlət borcu Rusiyanın suveren borcundan 8 dəfə çox artıb. Rusiya mediası bu barədə iki ölkənin Maliyyə nazirliklərinin məlumatlarına istinadən xəbər yayıb.
"ABŞ-nin borcunun 36,2 trilyon dollar olduğu dəqiqləşdirilir. İl ərzində bu məbləğ kəskin şəkildə 7% - 2,37 trilyon dollar artıb. Eyni zamanda, bu ilin dekabr ayının əvvəlinə Rusiyanın bütün dövlət borcu təxminən 286,3 milyard dollar təşkil edib", - "Gazeta" yazıb.
Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi, Amerikanın dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121%-nə, 2029-cu ildə isə heç bir tədbir görülməsə, ÜDM-in 131,7%-nə çatacaq.
Tural