"Bu iki oldu, Ramzan Kadırov..."

"Bu iki oldu, Ramzan Kadırov..."
27 Dek 2024 09:23
Son bir neçə ay ərzində Çeçenistan tərəfindən Azərbaycana qarşı ikinci ciddi səhv addım atılıb. Bir neçə ay əvvəl Çeçenistana işləməyə gedən beş azərbaycanlı həbs edilərək məcburi şəkildə Ukrayna müharibəsinə cəlb olunmuşdu. O zaman həmin şəxslərdən birinin valideyninin dövlət orqanlarına müraciətindən sonra məsələ dərhal diqqətə alındı. Xarici İşlər Nazirliyinin və Rusiyadakı səfirliyin beş günlük diplomatik təmaslarından sonra, həbs edilən beş Azərbaycan vətəndaşı vətənə qaytarıldı.
İndi isə yenidən Çeçenistan tərəfindən Azərbaycana qarşı daha ciddi bir səhv addım atılıb və bu addımın nəticəsində böyük bir faciə yaşanıb. Dünən Azərbaycana başsağlığı verən Ramzan Kadırov çox yaxşı bilir ki, baş verən hadisənin məsuliyyəti həm də onun üzərindədir. Artıq bir neçə saatdır ki, mediada təyyarənin vurulması ilə bağlı xəbərlər yayılır. Ancaq qarşı tərəf hələ də susqunluq nümayiş etdirir.
Rusiya Azərbaycanla münasibətlərin ruhuna uyğun davranmalı, baş verən hadisəyə görə Azərbaycandan üzr istəməli, günahkarları cəzalandırmalı və dəymiş ziyanın kompensasiyasını ödəməyi öz üzərinə götürməlidir. Belə hadisələrə gecikmiş reaksiya münasibətlərin soyumasına və qarşılıqlı etimadın azalmasına səbəb ola bilər.
Aqil Məmmədov, ekspert

Youtube kanalımız