Braziliyada hava şarının içində dənizdə hərəkət edən 8 yaşlı uşaq xilas edilib. Bu barədə Daily Mail yazıb.
"Rafael Do Prado adlı şəxs bildirib ki, o, dənizə atılmış nəhəng plastik şarın içərisində uşağın olmasından şübhələnib. Şara yaxınlaşan kişi onun içərisindən həqiqətən də uşaq tapıb və onu sakitləşdirməyə başlayıb", - nəşr yazıb.
"Mən uşağın onun içəridə nəfəs ala bilməyəcəyindən narahat idim",- braziliyalı qeyri-adi hadisəni şərh edərkən deyib.
Do Prado və dostu ipdən istifadə edərək, oğlana zərər vermədən ehtiyatlı davranaraq şarı mümkün qədər tez sahilə çəkiblər və orada uşağa lazımi kömək göstərilib.
Bir qrup dəniz yanğınsöndürənləri də çimərlikdə belə üzən obyektlərdən istifadənin təhlükəsi barədə xəbərdarlıq ediblər.
Tural