Rusiyaya qarşı sanksiyalar Qərbin beynəlxalq maliyyə sistemindəki dominant rolunu məhv edir. Bu barədə Rusiyanın Belçikadakı səfiri Aleksandr Tokovinin Rusiya mediasına müsahibəsində bildirib.
“Ümumiyyətlə, anti-Rusiya sanksiyaları Qərb dövlətlərinin özləri tərəfindən yaradılan bütün beynəlxalq maliyyə sistemini və bu sistemdə Qərbin dominant rolunu ciddi şəkildə sarsıdır”, -o, vurğulayıb.
Tokovinin belə hesab edir ki, bu proses dünya iqtisadi sisteminin gələcək təkamülünə təsir göstərəcək.
Tural