“İnkişaf etməkdə
olan 8-lik” (Developing -8) təşkilatı 30 ilə yaxındır yaranmasına baxmayaraq,
bu illər ərzində qarşısına qoyduğu məqsədə böyük ölçüdə çata bilməmişdir. Bunu
üzv ölkələrin hər birinin inkişafında bu təşkilatın rolunun digər təşkilat və əməkdaşlıqlarla
müqayisədə daha az olması, eyni zamanda üzv ölkələrin bir-birilə olan
iqtisadi-siyasi münasibətlərinin mövcud vəziyyəti bu dediklərimi təsdiq edir.
Məsələn,
bunlardan sadəcə birinə baxaq. Bu təşkilatın ən böyük ölkəsi olan Türkiyənin
xarici ticarət dövriyyəsi ötən il 585 milyard dollar olduğu halda bu təşkilatın
bütün üzvləri ilə toplam ticarəti heç 50 milyard dollara gəlib çatmayıb. Bir təşkilatın
ən böyük dövləti öz ticarət dövriyyəsini 30 il ərzində bu təşkilat daxilində
10%-dən çox artıra bilməyibsə deməli bu təşkilatın inkişafına mane olan
problemlər vardır”.
Bunu News365.az–a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, təşkilat yaranarkən məqsəd həm siyasi, həm iqtisadi, texnoloji və
digər aspektlərdən birgə inkişafa nail olmaq idi. Düzdür, üzv ölkələri arasında
ticarət müqavilələri və gömrük tənzimləmələrini asanlaşdırmağa çalışmış, birgə
inkişaf proqramları hazırlanmışdır. Amma bu təşkilata üzv ölkərindən asılı olan
və onlardan asılı olmayan bir sıra səbəblərə görə 1997-ci ildə qoyulmuş hədəflədə
nail ola bilməmişlər.
Bunlara
misal olaraq, üzv ölkələrin iki tərəfli münasibətlərinin kifayət qədər yüksək
olmaması, üzv ölklərin bu təşkilatla müqayisədə digər təşkilatlar daxilində fəaliyyətə
daha çox üstünlük verməsini və digər səbəbləri göstərmək olar.
Bu ölkələrdən
asılı olmayan səbəblər kimi isə, daha çox qlobal təzyiqləri, beynəlxalq sanksiyaları
və s. qeyd edə bilərik
Hazırda isə
qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır. Bu
baxımdan hesab edirəm ki, bu təşkilatın öz hədəflərinə nail olmaq üçün üzv ölkələr
yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir.
Belə bir
durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə
təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə
artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan
tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın
perspektivləri ilə bağlı kifayət qədər həm də risklər mövcuddur. Buna görə də
Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərini aktivliyi qəti şəkildə
azaltmadan D-8 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar
axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir.
Hazırda
Türkiyə istisna olmaqla D-8 üzv olan digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz,
heç 1 milyard dollar çatmır. Daha dəqiq, cəmi 872 milyon dollardır. Bunların
arasında elə ölkə var ki, ümumiyyətlə ticarət dövriyyəmiz heç yarım milyona da
çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini
doğru qiymətləndirmək, ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının
diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər”.
News365.az