Kolorektal xərçəngə qarşı peyvəndin Rusiya Federasiyasında 2025-ci ildə tətbiqinə başlanması planlaşdırılır. Bunu “Rossiya-24” telekanalının efirində Federal Tibbi və Bioloji Agentliyin (FMBA) rəhbəri Veronika Skvortsova deyib.
"İndi biz kolorektal xərçənglə bağlı araşdırmaları tamamilə başa çatdırdıq. Bu bağırsaq xərçəngidir və biz bu peyvəndi 2025-ci ildə praktikada istifadə etməyə hazırıq", - o, qeyd edib.
Hazırda agentlik qlioblastoma və melanomalara – bədxassəli beyin şişlərinə və dəri xərçənginə qarşı preparatlar üzərində tədqiqatları davam etdirir.
Tural