Sığorta olunanlar ən çox buna görə şikayətçi olurlar- ƏTRAFLI

Sığorta olunanlar ən çox buna görə şikayətçi olurlar- ƏTRAFLI
15:42

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,58 indeksi ilə) olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət – “Bakı Sığorta” isə 1.64 indeksi ilə “Atəşgah Sığorta” 1.98 indeksi ilə siyahıda üçüncü olub.

Avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, “İpək Yolu Sığorta”, “A-Qroup Sığorta” və lisenziyası ləğv olunmuş “Günay Sığorta” üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

 

Sığortaçılar

Şikayət indeksi

 

“Xalq Sığorta” ASC

3,58

 

“Bakı Sığorta” ASC

1,85

 

“Atəşgah Sığorta” ASC

1,58

 

“AtaSığorta” ASC

1,19

 

“Azərsığorta” ASC

1,17

 

“Azərbaycan Sənaye Sığorta” ASC

0,73

 

“Paşa Sığorta” ASC

0,54

 

“Meqa Sığorta” ASC

0,46

 

“Qala Sığorta” ASC

0,38

 

“Naxçıvansığorta” ASC*

0,00

 

Bəs, sığorta şirkətlərindən şikayətlər əsasən hansı hallara görə olur?

Mövzu ilə bağlı News365.az- a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, sığorta şirkətlərindən ən çox şikayətlər əsasən icbari avtomobil sığortası ilə bağlı olur:

“Vətəndaşlar daha çox yol-nəqliyyat hadisəsindən sonra dəyən zərərin düzgün qiymətləndirilməməsindən narazı qalırlar. Bir çox hallarda sığorta şirkətləri avtomobilə dəymiş zərəri real bazar qiymətindən aşağı hesablayır və təklif olunan ödəniş məbləği sığortalını qane etmir. Digər geniş yayılmış şikayət səbəbi sığorta ödənişlərinin gecikdirilməsidir. Hadisə baş verdikdən sonra sənədlər vaxtında təqdim olunsa belə, kompensasiyanın uzun müddət ödənilməməsi və ya prosesin əsassız şəkildə uzadılması narazılıq yaradır”.

Müsahibimiz əlavə edib ki, sənədləşmə prosesinin çətin və qarışıq olması da şikayətlərin artmasına səbəb olur:

“Bəzən sığorta şirkətləri əlavə vətəndaş üçün çətin əldə olunan sənədlər tələb edir və bu da ödənişin ləngiməsi ilə nəticələnir. Şikayətlərin bir hissəsi də müqavilə şərtləri ilə bağlıdır. Sığorta müqaviləsindəki bəzi maddələr sığortalılar tərəfindən tam başa düşülmür və hadisə baş verdikdən sonra bu şərtlər əsas gətirilərək ödənişdən imtina edilməsi və ya məbləğin azaldılması narazılığa səbəb olur”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada