Şeyx Ağ Evdə onlarla görüşüb bu çağırışı etdi - FOTO

Şeyx Ağ Evdə onlarla görüşüb bu çağırışı etdi - FOTO
11:41

ABŞ-də səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-prezident Aparatının Strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşüb.

Bu barədə News365.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-i ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalqmiqyaslı önəmi, həmçinin Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.

Şeyxülislam ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Belə bir siyahıda Azərbaycanın adının yer almasının ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun olmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada