Serbiya silah ixracatını dayandırıb

Serbiya silah ixracatını dayandırıb
23 İyn 2025 19:30

Serbiya silah ixracını dayandırıb.

News365.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında bildirib.

“Biz artıq heç bir şey ixrac etmirik. Hər şeyi dayandırmışıq, icazə veriləcəksə, xüsusi qərarlar verilməlidir. Ondan sonra Serbiyanın maraqları istiqamətində hərəkətlərimizi planlaşdıra bilərik. Hələlik istehsal olunan bütün silah-sursatlar sadəcə Serbiya üçün saxlanılacaq”, - Vuçiç deyib.

İran-İsrail münaqişəsinə də toxunan Serbiya Prezidenti qeyd edib ki, rəsmi Belqradın bu ölkələrin hər ikisi ilə mehriban əlaqələri var və hər iki ölkə ilə təmasdadır.

Vuçiç Amerikanın İrana hücumlarının beynəlxalq qaydaları pozduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada