İranla bağlı saytlar Azərbaycan jurnalistlərini hədəfə alıb

İranla bağlı saytlar Azərbaycan jurnalistlərini hədəfə alıb
13:56

Son günlər sosial şəbəkələrdə və bəzi xarici informasiya resurslarında azərbaycanlı jurnalistlərə qarşı məqsədli qarayaxma kampaniyasının aparıldığı müşahidə olunur. İran mühafizəkarlarına bağlı saytlar və ayrı-ayrı şəxslər tərəfindən yayılan təxribat xarakterli paylaşımlar ictimai narahatlıq doğurur.

News365.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu İran mühafizəkarlarına bağlı saytlar və şəxslərin Azərbaycanın aparıcı jurnalistlərinə qarşı təxribat xarakterli paylaşımlar etdiyini bildirib.


O, bu barədə sosial şəbəkə hesabında yazıb. Politoloqun sözlərinə görə, həmin dairələr tərəfindən jurnalistlər Nigar Sabirqızı və Rusif Məmmədsoya qarşı təhqiramiz və manipulyativ şəkillər, eləcə də statuslar yayılıb.

Elxan Şahinoğlu qeyd edib ki, bu cür təxribatlar məqsədli xarakter daşıyır və Azərbaycanın müvafiq dövlət qurumları məsələ ilə bağlı reaksiya verməli, bu kampaniyanı yayanların ilkin mənbəyini müəyyənləşdirməyə çalışmalıdır.

Politoloq vurğulayıb ki, Nigar Sabirqızı və Rusif Məmmədsoy ölkənin tanınmış televiziya aparıcılarıdır və onlara qarşı aparılan bu cür təbliğat diqqətsiz qalmamalıdır.


Sizin reklam burada
Sizin reklam burada