Şəmkirdə avtomobil aşdı - Ölən və xəsarət alanlar var

Şəmkirdə avtomobil aşdı - Ölən və xəsarət alanlar var
11 İyn 2025 12:52

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb. 

Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb.

Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır. 

Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada