Milli Qəhrəman Natiq Qasımovun anası Gəncədə dəfn olunub.
News365.az xəbər verir ki, Dursun Qasımovanın dəfn mərasimində onun doğmaları, şəhid ailələrinin üzvləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, qazilər iştirak ediblər.
D.Qasımova həyat yoldaşının məzarının yanında dəfn olunub.
***
Gəncədə vəfat edən Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi keçirilir.
News365.az xəbər verir ki, vida mərasimində rəsmilər, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları və yaxınları iştirak edir.
Qeyd edək ki, 83 yaşlı Dursun Qasımova uzun sürən xəstəlikdən sonra iyulun 27-si dünyasını dəyişib. O, Səbiskar qəbristanlığında həyat yoldaşının qəbrinin yanında dəfn olunacaq.