Səməd Vurğunun çox nadir FOTOSU yayıldı

Səməd Vurğunun çox nadir FOTOSU yayıldı
12:45

Tarixçi alim, professor Cəmil Həsənli sosial mediadamərhum Xalq şairi Səməd Vurğunun "çox nadir" adlandırdığı fotosunu paylaşıb.

News365.az-ın məlumatına görə, C.Həsənli fotonu belə şərh edib:

"Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır. Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun. Bu şəkli mən haradasa 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə etmişdim.

Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.

Qurultay uzun çəkmişdi. Mixail Şploxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır".


 


Sizin reklam burada
Sizin reklam burada