"Paşinyan sülh üzərindən hiyləgərlik planı həyata keçirir" - Politoloqdan AÇIQLAMA

"Paşinyan sülh üzərindən hiyləgərlik planı həyata keçirir" - Politoloqdan AÇIQLAMA
27 Sen 2024 17:11

"Azərbaycan dəfələrlə Ermənistanı konstitusiya dəyişikliyi ilə bağlı çağırışlar edibdir. Bu gün Nikol Paşinyan sülh prosesindən yayınmaq  üçün konstitusiya məsələsini siyasi alver predmetinə çeviribdir."

Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.

"Görünən odur ki, Paşinyan qəsdən indi konstitusiya söhbətlərini ortaya atmaqla əslində Azərbaycanın sülhlə bağlı çağırışlarının vaxtını dəyişməyə çalışır və göstərmək istəyir ki, Azərbaycan konstitusiya ilə bağlı Ermənistana etdiyi çağırışları yerinə yetirəcək, bundan sonra sülh müqaviləsi imzalana bilər. Paşinyan əslində konstitusiya söhbətini dövrüyəyə buraxmaqla sülh müqaviləsi ilə bağlı Azərbaycandan edilən çağırışları sonraya saxlamağa çalışır.

Bəllidir ki, konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi müəyyən zaman aparan məsələdir. Bütün bunları nəzərə alanda aydın olur ki, bugünki Ermənistan hakimiyyəti konstitusiya və sülh üzərindən yeni bir siyasi hiyləgərlik planı həyata keçirirlər."- deyə politoloq fikirlərini bölüşüb. 


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər