Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
27 Sen 2024 23:05

Xəzər, Sabunçu və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


"Azəriqaz"dan news365.az-a verilən məlumata görə, Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Youtube kanalımız

Oxşar xəbərlər