İsa Peyğəmbərin şəxsiyyəti tarixin ən gizli sirri olaraq qalacaq

İsa Peyğəmbərin şəxsiyyəti tarixin ən gizli sirri olaraq qalacaq
18 Sen 2024 10:29
İsa Peyğəmbərin haqqında olan bütün məlumatları toplayıb süni intellektlə fotosunu yaradıblar. Mənim də oxuduğum əksər kitablar və məlumatlarda demək olar eyni antropoloji oxşarlıq var. Mənə görə dünyanın ən sirli adamlarından biri olub.
Əfsanə və o dövrdə olan miflərə inansaq onun anadan olmasını öncədən bilən Muğandan kahin olan 3 Maq Qüdsə yola düşüb və özləri ilə Azərbaycan ərazisindən qiymətli daşlar və torpaq aparıblar. Əlbətdə başqa variantlar da var. Bu üç nəfərin Suriya ərazisindən getməsini də iddia edən qədim miflər var.
Şəxsən mən inanıram ki, İsa Peyğəmbərin böyük möcüzələri olub. Onun aramey dilində danışması və xəstələrin sağaltması faktına. Bu günün özündə də Tibetdə kahinlərin ağır xəstəlikləri insanın öz enerjisi ilə sağalması barədə qeydlər edilir.
Tibetdə, Çində, Asiyanın bəzi ölkələrində arxeoloji qazıntılar zamanı onun yaşadığı dövrə aid kiçik heykəlləri tapılıb. Maraqlıdır ki, özünün də sağ olduğu bir dönəmdə bu heykəllər Şərqdən Uzaq şərqə necə gəlib çıxıb. Onun haqqında məlumat 6 yaşında Sinaqoqda dediyi sözdən sonra bir də 30 yaşında Qüdsə dönməsinə qədər gizli qalıb. 24 illik fəaliyyəti barədə demək olar ki, məlumat azdır. Bəziləri yazır Şərqdən Uzaq şərqə gedib, burada Tibet kahinlərinin qonağı olub, bəziləri yazır ki, ümumiyyətlə öz şəhərindən kənara çıxmayıb.
Çox qeyri adi inandırma və cazibəsi olub İsa Peyğəmbərin. Böyük iradəsi və xarizmatik kişiliyi olan bu şəxsin ölümü haqqında da qeyri adi faktlar var. Bu barədə çox yazıblar deyə toxunmaq istəmirəm, amma bildiyim bir həqiqət var, Quran'i Kərimdə belə onun haqqında hörmətlə və sayğı ilə yazılıb.
Bir müddətir kinolara baxıram, kitablar oxuyuram, əlyazmalar oxuyuram. Mənə görə İsa Peyğəmbərin şəxsiyyəti tarixin ən gizli sirri olaraq qalacaq...
Zaur Əliyev, tarixçi alim

Youtube kanalımız

Oxşar xəbərlər