Xalq artistinə yeni vəzifə verildi

Xalq artistinə yeni vəzifə verildi
27 Sen 2024 17:24

Xalq artisti Şəfiqə Məmmədovaya yeni vəzifə verilib.

 

News365.az xəbər verir ki, aktrisa Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi təyin olunub. 

 

Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib. 

 

Bundan əlavə iclasda AKİ-yə yeni üzvlər də qəbul edilib. Həmçinin Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarov icraçı katib təyin olunub.

 

Katiblər:

 

Rzayev Anar Rəsul oğlu 

Bədəlov Nadir Xadmətulla oğlu 

Əli Akif Əli oğlu 

Əliyev Tahir Cabbar oğlu 

Hüseynova Türkan Siyasət qızı 

Mustafayev Vaqif Behbud oğlu 

Mənsimov Baba Vəzir oğlu 

Mirzəyev Ramiz Həsənağa oğlu 

Ömərova Həmidə Məmməd qızı 

Səfərəliyev Oleq Mirzəağa oğlu

Səlimli Mirbala Seyidəsgər oğlu 

Şıxlinski Ziya Ənvər oğlu

 


Youtube kanalımız

Oxşar xəbərlər