Sabiq nazirin əmlakı satışa çıxarıldı

Sabiq nazirin əmlakı satışa çıxarıldı
12:54

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.

News365.az “Qafqazinfo”-ya istinadən məlumat verir ki, iki əmlakın ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edir.

- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;

- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.

Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb.

Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib. 


Sizin reklam burada
Sizin reklam burada