İsrail Qəzzaya elektrik enerjisinin verilişini dayandırdı

İsrail Qəzzaya elektrik enerjisinin verilişini dayandırdı
09 Mar 2025 21:00

İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin kəsilməsi barədə göstəriş verib.


News365.az xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.


Məlumata əsasən, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunun fəaliyyətini təmin etmək üçün Qəzzaya elektrik enerjisi verib.


Bildirilib ki, Qəzzada əsas elektrik enerjisi generatorlar tərəfindən təmin edilir, lakin artıq bir həftədir ki, zolaq onları işlətmək üçün yanacaq almır.


Sizin reklam burada
Sizin reklam burada