Boksçumuz DÇ-yə qələbə ilə start verdi

Boksçumuz DÇ-yə qələbə ilə start verdi
09 Mar 2025 23:59

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatında start verilib.


News365.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.


50 kq çəki dərəcəsində yer alan Marjona Savriyeva rumıniyalı Mihaela Badesku ilə üz-üzə gəlib. Qarşılaşmanın ilk raundunda bütün 5 hakim Savriyevanın üstünlüyünü qeydə alıblar.


İkinci raundun ortalarında Badesku ayağından zədələnib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, döyüşü davam etdirə bilməyib. Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub.


Savriyeva 1/8 finalda bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək.


Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında qarşıdakı günlərdə Anaxanım İsmayılova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) da mübarizə aparacaq. Yarışa martın 16-da yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada