Səkkizqat dünya çempionu avtoqəzada öldü

Səkkizqat dünya çempionu avtoqəzada öldü
10:07

Buz üzərində motoyarış üzrə dəfələrlə dünya çempionu olmuş Nikolay Krasnikov Başqırdıstanın Kuşnarenkovski rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə Başqırdıstanın idman naziri Ruslan Həbibov özünün Teleqram kanalında məlumat verib.


"Dəhşətli xəbərdir. Bu səhər fərdi hesabda səkkiz qat, komanda hesabında isə 12 qat dünya çempionu, dəfələrlə ölkə çempionu və Rusiya kubokunun qalibi olmuş Nikolay Krasnikov dünyasını dəyişib", - Həbibov yazıb.


Krasnikov iyunun 16-na keçən gecə R-240 magistralının 69-cu km-də M-12 “Vostok” magistralına yaxınlaşarkən qəza törədib. Onun avtomobili iki yük maşını ilə toqquşub, idmançı təcili yardım gələnə qədər yerindəcə keçinib. Hazırda qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.


1985-ci il təvəllüdlü yarışçı ilk dəfə 1999/2000-ci il mövsümündə “Torpedo-ŞAAZ” komandasında rəsmi yarışlara çıxıb, bir ildən sonra isə "Başqırdıstan"ın üzvü olub. Krasnikov fərdi hesabda 8 dəfə, komanda hesabında isə 12 dəfə dünya çempionu olub. O, bir neçə dəfə Rusiya kubokunun qalibi və mükafatçısı olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada