"Səhm bazarı çoxdan yaransa da, ölkə əhalisinin bu seqmentə marağı çox aşağıdır"

"Səhm bazarı çoxdan yaransa da, ölkə əhalisinin bu seqmentə marağı çox aşağıdır"
28 Fev 2024 23:38

Azərbaycanda səhm bazarı çoxdan yaransa da, ölkə əhalisinin bu seqmentə marağı çox aşağı səviyyədə olaraq qalmaqdadır. İnsanlar bu sahəyə nədənsə elə də ciddi maraq göstərmir.

İqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycan səhm bazarının beynəlxalq arenaya inteqrasiyası təmin olunmayınca, proses də əhali üçün maraqsız olacaq:

“Ölkəmizdə səhm bazarı institusional olaraq hələ ki, təkmilləşməyib. Azərbaycan iqtisadiyyatının flaqmanı olan neft sektoru və müəyyən qədər də maliyyə sektoruna aid səhm bazarında qismən cazibədarlıq var. Amma iqtisadiyyatın digər strukturlarında bu formalaşmayıb. Bu məsələdə beynəlxalq arenaya çıxmaq istiqamətində işlər görülməlidir. Səhm bazarlarımızın beynəlxalq bazarlara inteqrasiyası təmin olunmasa, proses əhali üçün maraqlı olmayacaq. İndiki halda isə əhali səhm bazarında risq amilini daha çox görür. Ona görə də məsələnin institusional şəkildə formalaşması vacibdir”. 


Sizin reklam burada
Sizin reklam burada