Hindistan 11 hərbçi, 40 mülki şəxs öldürüb -15-i uşaqdır

Hindistan 11 hərbçi, 40 mülki şəxs öldürüb -15-i uşaqdır
14:45

Pakistanı Hindistanın hücumlarından müdafiə edərkən azı 11 hərbçi həlak olub, 78 hərbçi yaralanıb.

Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Xidmətlərarası ictimaiyyətlə əlaqələr xidmətinin (ISPR) məlumatında bildirilir.

Qeyd olunur ki, Hindistanın təcavüzü nəticəsində yeddi qadın və 15 uşaq daxil olmaqla 40 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

"Pakistan Silahlı Qüvvələri "Marka-i-Haq" bayrağı altında "Bunyanum Marsoos" əməliyyatı zamanı dəqiq və effektiv əks-zərbələr endirməklə qətiyyətlə cavab verib", - ISPR bəyanatında bildirilir.


Sizin reklam burada
Sizin reklam burada