49 yaşlı hakimin qəfil ölümü - 1 həftə əvvəl müayinədən keçibmiş

49 yaşlı hakimin qəfil ölümü - 1 həftə əvvəl müayinədən keçibmiş
14:17

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiSamir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Belə ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanaların birində ümumi “check up”  müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında infarkt keçirərək vəfat edib.

Yaxınlarının sözlərinə görə, bu hadisə ailə üçün gözlənilməz olub. 49 yaşlı hakim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

S.Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün, xüsusilə ağır olub. Belə ki, onun diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.

Qeyd olunur ki, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. O, 1992-ci ildə Ankara Universitetinə daxil olub, daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.

S. Əliyev 2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.Bakupost.az


Sizin reklam burada
Sizin reklam burada