Daşqın 100-dən çox insanın həyatına son qoydu

Daşqın 100-dən çox insanın həyatına son qoydu
14:30

Konqonun şərqində yerləşən Cənubi Kivu əyalətində daşqınlar nəticəsində 110-dan çox insan həlak olub, ən azı 40 nəfər yaralanıb.

TASS-ın yaydığı xəbərə görə, bu barədə “7sur7” portalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çox ziyanın dəydiyi Fizi bölgəsində 150-dən çox ev dağılıb, təxminən 850 nəfər evsiz qalıb.

Bölgə rəhbəri Semmi Kalonci bildirib ki, axtarış-xilasetmə işləri davam edir.

Cənubi Kivuda daşqın mayın 8-9-da güclü yağışlardan sonra başlayıb.


Sizin reklam burada
Sizin reklam burada