Nadir hadisə: Polis bölməsində axtarışlar aparıldı

Nadir hadisə: Polis bölməsində axtarışlar aparıldı
15:30

Rusiyada maraqlı hadisə baş verib. Belə ki, Sankt-Peterburqun polis idarələrindən birində axtarışlar aparılıb. Bu barədə REN TV özünün Telegram kanalında yazıb.


Kanalın anonim mənbəsinin sözlərinə görə, bu, Daxili İşlər Nazirliyinin Vasileostrovski rayonu üzrə 30 saylı idarəsidir.


"İlkin ehtimala görə, əcnəbilər növbətçi zabitə rüşvət veriblər. Onların hüquq-mühafizə orqanının əməkdaşının kartına pul köçürdükləri qeyd olunur", - məlumatda qeyd edilib.

Bəzi saytlar hər zaman axtarışlar aparan polislərin özlərinin idarəsində də qəfil axtarışın baş tutmasını nadir hadisə kimi qeyd ediblər.


Tural


Sizin reklam burada
Sizin reklam burada