Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya Donald Trampa, ümumilikdə Çin və ABŞ-yə qarşı çıxmaq üçün “yeddi demokratiya” (D7) klubunda birləşməlidir. Bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “The i Paper” qəzetinə açıqlamasında bildirib.
“Əgər Çin və ya ABŞ-nin təzyiqi altındayıqsa, tariflər və ya başqa bir şey vasitəsilə təzyiq görürüksə, o zaman bir-birimizə kömək etməliyik”, - Rasmussen vurğulayıb.
NATO-nun keçmiş baş katibinin sözlərinə görə, D7 üzvlərindən birinə iqtisadi təzyiq hamıya qarşı hücum kimi qəbul edilməli və təhdidlərə kollektiv şəkildə cavab verilməlidir.
O qeyd edib ki, bu qrupa daxil olacaq ölkələr dünya iqtisadiyyatının 30-40%-ni təşkil edəcək və bu, nəhəng qüvvədir.
Tural