Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? - AYNA AÇIQLADI

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? - AYNA AÇIQLADI
15:25

Yaya doğru getdikcə temperaturun artması müşahidə olunur.

Havaların isti keçdiyi bu günlərdə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əsas narahatlıq doğuran məsələlərdən biri avtobuslarda kondisionerlərin işləməməsidir.

Bəs, avtobuslarda havalandırma sistemləri nə zaman işə salınacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.

"Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi nəzərdə tutulub",- deyə qurumdan qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada