Çərşənbə axşamı günorta saatlarında İtaliyanın Neapol şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (Ingv) saytında məlumat verilib.
Qeyd edilib ki, ilk zəlzələnin ardınca 3,5 bal gücündə yeni təkan qeydə alınıb.
Ingv-in məlumatına görə, böyük vulkanik bölgə olan Fleqrean Yataqlarında güclü seysmik aktivlik qeydə alınır. Bu ilin mart ayının ortalarında da oxşar hadisə baş vermişdi. Cari təkanların episentri Neapolun qərbində, onun ətraf ərazilərində yerləşir. Yerli sakinlər zəlzələləri güclü şəkildə hiss ediblər. Yerli “Mattino” qəzetinin məlumatına görə, hakimiyyət orqanları insanların təhlükəsizliyini təmin etmək üçün Neapol II Federiko Universitetini və bir neçə məktəbi boşaldıb.
Tural