Bakırköy Ağır Cəza Məhkəməsinə Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı hesabat təqdim olunub.
News365.az xəbər verir ki, hesabatda daha üç körpənin xəstəxana və həkim səhlənkarlığı nəticəsində həyatını itirdiyi müəyyən edilib.
Sənəddə körpələrin ölümünə yanlış müalicə, səhv dərman tətbiqləri və tibbi zərurət olmadan reanimasiya şöbəsinə yerləşdirilmələrinin səbəb olduğu qeyd olunub.
Faktla bağlı məhkəmə araşdırması davam edir.