“Azər Baxşəliyevin son durumu
kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
News365.az xəbər
verir ki, bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa
çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər
Baxşəliyev iki gün əvvəl günorta vaxtı koma vəziyyətində xəstəxanaya
çatdırılıb. Dünən axşam saatlarında onun vəfatı ilə bağlı məlumatlar yayılsa
da, daha sonra ATU-dan sorğumuza cavab olaraq bildirib ki, həkimlər aktyor Azər
Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.