HƏMAS yanvarın 3-də Dohada Qəzza zolağında atəşkəslə bağlı İsraillə danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.
News365.az xəbər verir ki, bu barədə hərəkatın saytında məlumat verilib.
“Bu gün Qətərin paytaxtı Dohada Qəzza ilə bağlı danışıqlar bərpa olunur. Bu danışıqlar zamanı tam atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması və köçkünlərin bütün zolaqda öz evlərinə qayıtması müzakirə olunacaq”, - məlumatda qeyd olunub.