İki türk ölkəsi arasında yeni dəmir yol xətti çəkilir

İki türk ölkəsi arasında yeni dəmir yol xətti çəkilir
03 Yan 2025 21:15

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.


News365.az xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.


Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.


“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bi

ldirilir.



Youtube kanalımız