30 iyun 2025-ci il
tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən
buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim
etməli olacaqlar.
News365.az xəbər verir ki, müvafiq qaydalar hökumətin qərarı ilə
təsbit edilib.
Dəyişikliklər Belarus
vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik
nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə
onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında
akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə
şamil edilməyəcək.
Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.