Səfir: "Qərbin əsas səhvi Rusiya ilə dialoqdan geri çəkilmək oldu"

Səfir: "Qərbin əsas səhvi Rusiya ilə dialoqdan geri çəkilmək oldu"
22 Apr 2025 09:10

Qərbin Rusiya ilə münasibətlərdə əsas səhvi odur ki, Avropa ölkələri və ABŞ keçmiş prezident Cozef Bayden dövründə ABŞ Moskva ilə dialoqdan geri çəkilib. Bunu Rusiya Təhlükəsizlik Şurasının Elmi Ekspert Şurasının Rəyasət Heyətinin üzvü, fövqəladə və səlahiyyətli səfir Aleksandr Yakovenko Rusiya mediasına açıqlamasında deyib.

Yakovenko xatırladıb ki, məhz Bayden administrasiyası dövründə ABŞ və Avropa Rusiya ilə dialoqu davam etdirməkdən qəsdən imtina edib, ona strateji məğlubiyyət vermək kursu götürüblər: "Qərbin gözlənilənlərin bilavasitə əksi olan fəlakətli nəticələrə səbəb olan anti-Rusiya siyasətindəki əsas qüsur Henri Kissincerin ardıcıl olaraq qeyd etdiyi məsələ ilə bağlıdır- istənilən strategiyada son məqsədlərə çatmağa arxalanmamaq və heç bir halda düşmənlə dialoq prosesindən geri çəkilməmək lazımdır".

Aprelin 21-də ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ rəsmiləri ilə onların Rusiya Federasiyası və Ukraynadan olan həmkarları arasında son görüşlər “olduqca yaxşı” keçib.



Tural


Sizin reklam burada
Sizin reklam burada