Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, anbarda baş vermiş yanğın hadisəsi "Sədərək" ticarət mərkəzindən 150 metr aralıda yerləşir.