Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov özünə yeni müşavir təyin edib.
News365.az xəbər verir ki, Sədrin imzaladığı müvafiq qərara əsasən, bu vəzifəyə Samir Qənili gətirilib.
Samir Qənili vaxtilə "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi vəzifəsində çalışıb.