Məşhur müğənni, Xalq artisti Röya Ayxan Göyçay şəhərində baş tutan konsertində geyimi ilə diqqət mərkəzinə gəlib.
News365.az-ın məlumatına görə, ifaçı səhnəyə çimərlik geyimini xatırladan cəsarətli və fərqli obrazda çıxıb. Onun bu geyimi həm konsert izləyiciləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.
Röya Ayxanın Göyçay konsertindən olan həmin görüntülər qısa müddətdə trendə çevrilib. Sənətçinin səhnə performansı ilə yanaşı, bu üslub seçimi də gecənin ən çox danışılan hadisəsi olub.