“Qarabağ” klubu Riçard Almeyda ilə yollarını ayırıb.
Ağdam təmsilçisindən verilən məlumata görə, 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-2018, 2019 və 2021-1025-ci illərdə komandada çıxış edən Almeyda 376 oyunda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.