Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb

Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb
20:00

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb

Bu barədə News365.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin sədri parlamentin qanunvericilik, təmsilçilik və nəzarət funksiyalarını həyata keçirdiyini qeyd edərək parlamentin əsas funksiyalarına uyğun olaraq Milli Məclisin Konstitusiya qanunlarını, eləcə də səlahiyyət dairəsinə daxil olan digər qanun və qərarları qəbul etdiyini qeyd edib.

Onun sözlərinə görə, parlamentin təmsilçilik funksiyası mühüm əhəmiyyətə malikdir. Bu funksiyaya uyğun olaraq, deputatlar seçicilərinin qaldırdığı məsələləri hökumət, bələdiyyələr və digər aidiyyəti qurumlar qarşısında gündəmə gətirir, onların ehtiyac və tələblərinə uyğun həll yollarının tapılması üçün səy göstərirlər.

Milli Məclisin sədri deyib ki, hazırda fəaliyyət göstərən, VII çağırış Milli Məclis 2024-cü ilin sentyabrında keçirilmiş seçkilərlə formalaşıb. Müstəqillik dövründə ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün ərazisində keçirilib.

Tədbirdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev parlament və məhkəmə orqanları arasında əməkdaşlıqla bağlı fikirlərini açıqlayaraq, Milli Məclisin məhkəmə sisteminə dair bir sıra təşəbbüsləri dəstəklədiyini bildirib.

Tədbirdə Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Valter Baron çıxış ediblər. Onlar Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçirilən 67-ci Baş Assambleyasının iştirakçıları ilə keçirilən görüşə, Azərbaycan parlamentinin tarixi, səlahiyyətləri, qanunvericilik prosedurları və digər məsələlər barəsində ətraflı təqdimata görə təşəkkür ediblər. Qonaqlar Azərbaycan parlamentinin məhkəmə hakimiyyəti ilə sıx əməkdaşlığını təqdir ediblər.



Sizin reklam burada
Sizin reklam burada