Sabirabadda avtomobil traktorla toqquşdu - Ağır yaralanan var

Sabirabadda avtomobil traktorla toqquşdu - Ağır yaralanan var
01 Fev 2026 13:35

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

Hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.

VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada