Sabiq futbolçu Əliyev Kiyevdə saxlanıldı

Sabiq futbolçu Əliyev Kiyevdə saxlanıldı
12 Apr 2025 23:59

Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb.


News365.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.


Məlumata görə, onun saxlanılmasına səbəb sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub. Sərnişin oturacağında olan qadının isə polis maşınının kapotunun üstünə çıxdığı iddia edilir.


Məsələ ilə bağlı İnstaqram hesabında paylaşım edən Əliyev sərxoş olması barədə yayılan məlumatları təkzib edib


Sizin reklam burada
Sizin reklam burada