Sabah yağış yağacaq, bəzi yerlərdə şimşək çıxacaq - RƏSMİ

Sabah yağış yağacaq, bəzi yerlərdə şimşək çıxacaq - RƏSMİ
12:42

Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.


Sizin reklam burada
Sizin reklam burada