Qanda xolesterini azaltmaq istəyənlərin diqqətinə: Ən yaxşı yol pəhrizdir

Qanda xolesterini azaltmaq istəyənlərin diqqətinə: Ən yaxşı yol pəhrizdir
31 Mar 2025 11:42

Xolesterin bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin, yəni negativ xolesterinin qanda yığılmasıdır. 

Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir.
 

Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələgəlmə riskini artırır. Diqqətə çatdıraq ki, bu xəstəliyin daşıyıcıları müalicələri ilə bağlı əvvəlcə həkimlərinin təkliflərinə qulaq asmalıdırlar. Qeyd edək ki, Lipid dəyərlərinin aşağı salınmasının ən yaxşı yolu pəhrizdir.


Həyatınızda etdiyiniz dəyişikliklərlə, qatı yağ istehlakının gündəlik kalori ehtiyacınızın 7 %-dən az və xolesterin istehlakının da gündə 200 mg-dan aşağı olmasını təmin etməyiniz lazımdır.

Çəkini azlatmaq, məşq etmək və siqaret çəkməmək də əhəmiyyətlidir.

Lipidi aşağı salan dərmanlar ancaq pəhriz və idman yetərli olmadığı zaman qəbul edilməlidir. Həkimlər tövsiyə edir ki, əsas dərman qrupu statinlər, fibratlar, nikotinik turşular və omega-3 yağ turşularıdır.


Sizin reklam burada
Sizin reklam burada