Rütte "ölüb" dediyi ABŞ-li əsgərlər hələ də axtarışdadır

Rütte "ölüb" dediyi ABŞ-li əsgərlər hələ də axtarışdadır
27 Mar 2025 14:28

NATO-nun baş katibi Mark Rütte Litvada təlimlər zamanı itkin düşmüş 4 amerikalı əsgərin ölməsi xəbərini vaxtından əvvəl açıqlayıb. Bu barədə Alyansın mətbuat katibi Allison Hart özünün X səhifəsində yazıb.


Onun sözlərinə görə, itkin düşən əsgərlərin ölümü təsdiqlənməyib, onların axtarışı davam edir.


“Biz NATO baş katibinin bu məsələ ətrafında verdiyi şərhləri ilə bağlı yaranmış anlaşılmazlığa görə təəssüflənirik”,- o yazıb.


Hart qeyd edib ki, Rütte özü də mediadakı xəbərlərə istinad edib və itkin düşənlərin taleyinin yazılanlar kimi olmasını təsdiqləməyib.

Xatırladaq ki, Litva ordusunun Pabradedəki poliqonundan planlı təlimlərdən sonra qayıdarkən dörd amerikalı hərbçinin ölməsi barədə məlumatlar yayılıb. Pentaqon hələlik bu məlumatı təsdiqləməyə hazır olmadıqlarını bəyan edib. Çünki əsgərlərin axtarışları hələ də davam edir.

Tural


Sizin reklam burada
Sizin reklam burada