Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Donbas və Novorossiya daxil olmaqla Rusiya ərazisindən tam çıxarılması atəşkəsdən sonra 30 gün ərzində həyata keçirilməlidir.
News365.az xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna böhranının nizamlanmasına dair iki hissəli memorandumunda bildirilib.
"Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməyə başlandığı andan 30 günlük atəşkəs rejimi elan edilir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindən tam çıxarılması və "paket sazişi"nin tam icrası bu 30 gün ərzində həyata keçirilməlidir", - sənəddə qeyd olunub.
Memorandumda həmçinin bildirilir ki, sülh müqaviləsinin mətni üzərində işə başlandıqdan sonra boz zonada həlak olanların cəsədlərinin toplanması üçün iki-üç günlük atəşkəs elan ediləcək, ardınca Ukrayna Silahlı Qüvvələrinin 6 min hərbçisinin cəsədi birtərəfli qaydada Ukrayna tərəfinə veriləcək.