Rusiyanın Qafanda Baş Konsulluğunun açılması məsələsi İki ölkə arasında müzakirə olunur.
Bu barədə Sputnik Ermənistan-ın yazılı sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sayt xüsusən də prosesin hansı mərhələdə olduğunu, diplomatik nümayəndəliyin nə vaxt açılmasının nəzərdə tutulduğunu, hansı işlərin görüldüyünü, həmçinin konsulluğun niyə hələ də fəaliyyətə başlamadığını soruşub.
"Qaldırdığınız məsələ iki ölkə arasında müzakirə mərhələsindədir", - Ermənistan Xarici İşlər Nazirliyi qısa cavab verib.
Xatırladaq ki, Rusiyanın Sünik(Zəngəzur-red.) vilayətində baş konsulluğunun açılması məsələsi İkinci Qarabağ müharibəsindəm sonra müzakirə olunur. 2023-cü ilin sentyabr ayından etibarən Qafanda konsulluğun açılışına hazırlıq üçün məsul olan qabaqcıl qrup da işləyib.
Tural