Paşayevlər əslən Qazax rayonunun Daş-Salahlı kəndindəndirlər. Ailənin ulu babaları Azərbaycan Cümhuriyyətinin qurulmasında və inkişafında xidmətləri olub. Hüseyn ağa Paşayev sovet hakimiyyəti dövründə Ağ dənizdə yerləşən Salavki adalarına sürgün ediblər və Davud Rusiyada anadan olub bu səbəbdən.
Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru və prezidenti, "Sevmaş" maşınqayırma zavodunun direktoru , Rusiya qəhrəmanı, Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı Davud Paşayevin haqqı haram olsun Azərbaycan xalqına düşmən kəsilən ruslara
Davud Paşayev müasir Rusiyanın hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir “Borey” markalı submarinlərin ixtiraçısıdır
Qeyd edim ki, həmvətənimiz 1992-ci ildə Rusiya iqtisadiyyatının ən ağır günlərində böyük hərbi gəmiqayırma zavodunu və onun kollektivini qoruyub saxlaya bilmiş və Rusiyanı bir dövlət olaraq batmaqdan xilas etmişdir
Onun haqqında Rusiyanın tanınmış alimlərinin fikiri eynidir:
"Bu əfsanə insan böhranlı 90-cı illərdə Rusiyanın bütün hərbi gəmiqayırma sahəsini uçurumdan çıxardı"
Onun ölümündən sonra jurnalist Andrey Mixaylov yazacaqdı: “ Paşayev olmasaydı, Rusiyanın indiki supermüasir gəmilərə malik donanması da olmayacaqdı. Rusiya bunu heç vaxt unutmamalıdır"
Dünyada həsəd aparılan “Prirazlomnaya” buzadavamlı stasionar dəniz platformasının layihəsi onun vaxtında verilmişdi və məhz onu tikib təqdim edən də Paşayev olmuşdur
Onun haqqında Sverdlovsk şəhərinin saytında yazır:
"O, “Sevmaş”ın Rusiyanın nüvə qalxanını və müvafiq olaraq, ölkənin özünü xilas etmiş baş direktorudur"
Rusiyada Azərbaycanlıları yanına toplayırdı
Hər zaman da Rusiyada yaşayan azərbaycanlıların probemlərilə maraqlanırdı. Direktoru olduğu zavodda da xeyli azərbaycanlı işləyirdi
Bu nəhəng insan 6 aprel 2010-cu ildə Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.
Bu gün Rusiya hərbi sahədə özünü güclü hesab edirsə məhz Davud Paşayevə borcludur. Azərbaycan xalqının övladına və bizim xalqın genetikasına borcludur..
Məhz bu Azərbaycanlı oğlu müasir Rusiyanın hərbi-dəniz qüdrətini bərpa etməyə nail olmuş tarixi şəxsiyyətdir.
Rusiya bu gün bunun əvəzini belə verir ? Davud Paşayevin xalqını əzərək? Ana vətəninə təyziq edərək ?
Zaur Əliyev, tarixçi alim