Pakistanda xilasediciləri daşıyan helikopter qəzaya düşüb

Pakistanda xilasediciləri daşıyan helikopter qəzaya düşüb
15 Avq 2025 18:30

Pakistanda daşqından əziyyət çəkən bölgəyə xilasetmə işləri aparmaq üçün ezam olunan heyət helikopter qəzasına düşüb.

News365.az “Reuters“ə istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 5 nəfərin hamısı həyatını itirib.

Hadisə ölkənin Hayber-Paxtunxva vilayətində baş verib.

Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada