Iranda kişi ailənin bütün üzvlərini öldürüb

Iranda kişi ailənin bütün  üzvlərini öldürüb
15 Avq 2025 22:45

Avqustun 14-də axşam saatlarında İranın Gülüstan əyalətinin Amol şəhərində ailə faciəsi baş verib. Ailə başçısı həyat yoldaşını və iki övladını güllələyərək qətlə yetirib.

News365.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, qatil daha sonra qayınatası, iki baldızı, bacanağı və onun azyaşlı oğlunu da öldürüb. Hadisədə daha üç nəfər ağır yaralanıb.

Qeyd olunur ki, təqsirkar cinayəti törətdikdən sonra canına qəsd edib. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi açıqlanıb.


Sizin reklam burada
Sizin reklam burada